Ermənilər 19-cu əsr Qafqaz kişiləri üçün biabırçı geyim forması icad etdilər...

27-10-2021, 11:39           
Ermənilər 19-cu əsr Qafqaz kişiləri üçün biabırçı geyim forması icad etdilər...
Könül Vəlibəyli: “Bizim Qafqazda belə geyim olmayıb, ermənilərin uydurduğu hansısa bir geyim tərzidir”

Qafqaza yad olan haylar bir neçə etnik qrupdan törəyib. Özünün nə tarixi, nə mədəniyyəti, nə milli mətbəxi, nə də geyim tərzi olan haylar son zamanlar özlərini “yerli xalq” kimi “təsdiqləmək” üçün hər cür oyundan çıxırlar. Gah İranın, gah Hindistanın qohumu olduğunu iddia edən hayların geyim tərzi də qondarmadır.

Məlum olduğu kimi, Qafqaza köçürüldükdən sonra Qafqaz xalqlarının geyiminə də əl uzadan haylar bu geyimlərin də onlara məxsusluğunu zaman-zaman iddia ediblər. Son zamanlar isə internetdə, xüsusən də haylara aid olan sosial şəbəkə siqmentlərində “Qafqaz kişisi”nin geyimini “əks etdirən”, əslində isə mütrüb paltarına bənzəyən bir geyim forması nümayiş olunur. Erməni tarixçiləri iddia edirlər ki, guya bu geyim XIX əsr Qafqaz “kişi geyim” olub.

Bu geyim tərzi isə Qafqaz kişisinin libası anlayışından tamamilə uzaqdır. Təsəvvür edin ki, bu, Qafqaz geyim ənənəsinə tamamilə zidd bir geyim tərzidir və bu yalnız qaraçı geyimi ola bilər, ya da ki, artistlər bu geyimi geyinib səhnəyə çıxa bilərlər.

Qafqaz kişisinin geyimi tamamilə fərqlidir.

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli “Bakı-Xəbər”ə bildirdi ki, fotoda əks olunan geyimlər qətiyyən Qafqaz kişisinin geyimi deyil. Hayların diqqəti özlərinə cəlb etmək üçün hər cür saxtakarlığa əl atdığını xatırladan geyim mütəxəssisinin sözlərinə görə, hayların özünün milli geyimi yoxdur, hansı ölkənin ərazisində yaşayıblarsa, həmin ölkənin, bölgənin geyim tərzini mənimsəyiblər, özlərindən bir-iki qondarma element artırıb onları mənimsəyiblər. K.Vəlibəylinin dediyinə görə, haylar o qədər saxtalarlıq edirlər ki, özləri yalanla doğrunun sərhədlərini itiriblər. “Bu qətiyyən Qafqaz kişisinin geyimi deyil, ola da bilməz. Bu obraz geyimidir, hansısa bir tamaşadan çəkilə bilər. Uydurma bir geyimdir. Bu nə Qafqazın başqa xalqlarının, nə də türklərin geyimidir. Ümumiyyətlə, heç burada yaşayan azsaylı xalqların da geyiminə bənzəmir. Bizim Qafqazda belə geyim olmayıb, ermənilərin uydurduğu hansısa bir geyim tərzidir. Onlar son zamanlar bu kimi uydurmaları daha çox tirajlayırlar” - deyə K.Vəlibəyli qeyd etdi.

İradə SARIYEVA
Mənbə: Bakixeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.