Qeytsdən sonra Bezos da Türkiyə sahillərində göründü: Təsadüf, yoxsa... – VİDEO

28-10-2021, 00:07           
Qeytsdən sonra Bezos da Türkiyə sahillərində göründü: Təsadüf, yoxsa... – VİDEO
196.7 milyard dollarlıq sərvətilə dünyanın ən varlı ikinci adamı sayılan Ceff Bezos Türkiyə sahillərində görünüb.

“Amazon”un təsisçisi “'Flying Fox” adlı lüks yaxtası ilə Ege və Aralıq dənizi sularında üzüb.

Uzunluğu 136 metr, çəkisi 9.1 ton olan yaxta alman mühəndisləri tərəfindən hazırlanıb. Onun dəyəri 400 milyon dollardır.

Qeyd edək ki, bir neçə gün öncə dünyanın ən zənginlərindən olan Bill Qeyts də Türkiyəyə səfər edib. Dəbdəbəli yaxtası ilə ölkənin ərazi sularında səyahət edən “Microsoft”un qurucusu İzmirdəki tarixi kilsə və Efes məbədini ziyarət edib.

Multimilyarderlərin təxminən eyni zaman kəsiyində qardaş ölkəyə təşrif buyurması konspiroloji nəzəriyyə tərəfdarlarında haqlı olaraq müəyyən suallar doğurub. Lakin hər iki səfərin təsadüf olub-olmaması barədə qəti söz demək olduqca çətindir.


Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru