Türkiyə ilə ABŞ arasında "F-35" qalmaqalı davam edir

28-10-2021, 12:56           
Türkiyə ilə ABŞ arasında "F-35" qalmaqalı davam edir
Türkiyə və ABŞ müdafiə nazirliklərinin ümayəndələri "F-35" proqramlarından çıxarılma ilə bağlı gərginliyin həll edilməsini məsələsini müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi sosial media hesabında açıqlama verilib.

Bildirilir ki, Ankarada Türkiyə və ABŞ Müdafiə nazirlikləri arasında "F-35"lərin satışı proqramından çıxarılmaqla bağlı gərginliyin həlli və maliyyə məsələlərinin müzakirəsi üçün görüş keçirilib.

Görüşün sonunda danışıqların davam etdirilməsi barədə razılığa gəlindiyi bildirilib.

Qeyd edək ki, dünən ABŞ Konqresinin 11 üzvü prezident Co Baydenə və dövlət katibi Antoni Blinkenə məktub yazaraq hərbi təyyarələrin Türkiyəyə satışının dayandırılmasını istəyiblər.

Məktubda: “Prezident Ərdoğanın Rusiyadan yeni "S-400" hava hücumundan müdafiə sistemi alacağını bəyan etməsindən sonra, Türkiyəyə ABŞ istehsalı olan döyüş təyyarələrini sataraq öz milli təhlükəsizliyimizi riskə ata bilmərik", - deyə bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru