“Türkiyəyə “F-35” və “F-16”larla bağlı məhdudiyyət qoyularsa..." - ÇAVUŞOĞLUDAN AÇIQLAMA

28-10-2021, 13:44           
“Türkiyəyə “F-35” və “F-16”larla bağlı məhdudiyyət qoyularsa..." -
“Türkiyəyə “F-35” və “F-16” qırıcıları ilə bağlı məhdudiyyət qoyularsa, alternativlərimiz var”.

Qafqaz.media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTurk”ə müsahibəsində jurnalistin “F-35” və “F-16” qırıcıları əldə etmək mümkün olmazsa, Rusiyadan döyüş təyyarələri alına bilərmi” sualına cavabında bildirib.

“Türkiyə heç bir zaman çarəsiz qalmayıb. Hazırda müdafiə sahəsində ehtiyacımızın 75 faizini istehsal edirik. Ehtiyac yarandıqda başqa bir ölkə ilə əməkdaşlıq edə bilərik. Alternativlərimiz var. Biz yolumuza davam edirik. Biz öz qırıcılarımızı istehsal edənədək ehtiyaclarımızı başqa mənbələrdən ala bilərik”, - o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru