Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub

28-10-2021, 19:05           
Rusiya “Bayraktar”a görə Türkiyə meyvələrinə qadağa qoyub
Türkiyənin Ukraynaya pilotsuz uçuş aparatları satması Rusiyanı çox qəzəbləndirib. Kreml Türkiyə meyvələrinə qadağa qoymaq qərarına gəlib. Bu dəfə naringilərin gətirilməsinə icazə verilmir.
Bizimyol.info xəbər verir ki, “Rospotrebnadzor” oktyabrın 29-dan etibarən pestisidlərin icazə verilən maksimum səviyyəsinin aşıldığını bildirərək Türkiyə naringilərinin Rusiyaya idxalını növbəti xəbərdarlığa qədər dayandırır. İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət qida məhsulları ilə bağlı qanuni tələbin pozulmasını bəhanə gətirib. Guya “Xlorpirifos” pestisidinin miqdarı çox yüksəkdir.

Rusiya bir müddət əvvəl Türkiyədən gətirilən pomidorlarla bağlı da oxşar qərar qəbul etmişdi. Adətən, Kremlin belə qərarları siyasi xarakter daşıyır. Türkiyənin Krım məsələsində Ukraynanın mövqeyini müdafiə etməsi Moskvanı özündən çıxarır. Üstəlik, Kiyevə “Bayraktar” satılması Rusiyanı çox narahat edir. Kremlin özünü necə aparmasından asılı olmayaraq, Ankara mövqeyini dəyişmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru