Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI

28-10-2021, 19:18           
Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI
BMT Təhlükəsizlik Şurasının iclasında Türkiyə ilə Çin arasında qalmaqal yaşanıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Ankaranı Suriyanın şimal-qərb hissəsini işğal etməkdə ittiham edib.

“Türkiyə Fərat çayının səviyyəsinin azalması və Suriyanın “Alluk” supaylayıcı stansiyasının fəaliyyətində yaranan fasilələrə görə təqsirlidir. Suriyanın şimal-şərqini işğal edən Türkiyə insan haqlarına hörmətlə yanaşmalıdır”.

Türkiyənin BMT-dəki nümayəndəsi Firidun Sinirlioğlu isə öz növbəsində Çinin Ankaraya dərs keçmək həddində olmadığını deyib.

“Bütün bölgələrdə beynəlxalq humanitar hüququ ayaqlayan bir ölkə Ankaranı insan haqlarına hörmət etməyə öyrədə bilməz”.

Diplomat PKK/YPG hərbi birliklərinin və Əsəd rejiminin Türkiyəni qaralama kampaniyası apardığını iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru