Türkiyədə stadionlara tamaşaçı qəbulu ilə bağlı məhdudiyyət ləğv olunub

29-10-2021, 08:30           
Türkiyədə stadionlara tamaşaçı qəbulu ilə bağlı məhdudiyyət ləğv olunub
Stadionlara giriş COVID-19 pasportu ilə olacaq

Türkiyədə stadionlara tamaşaçı tutumunun 100 faizinin qəbuluna icazə verilib.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası İdarə Heyəti qərar qəbul edib.

Qərarın tətbiqinə noyabrın 9-dan başlanacaq. Qərar peşəkar müsabiqələrə şamil olunacaq.

Stadionlara ən azı iki doz vaksin vurdurmuş, ya da yoluxub sağalmasının üzərindən 180 gün keçməmiş şəxslər qəbul ediləcək.

Vaksin vurdurmamış şəxslərin PCR testi ilə yarışları izləməsinə icazə verilməyəcək.

Bunlarla yanaşı, maska, sosial məsafə kimi şərtlərə əməl olunmalıdır.

Müəllif: Ayna.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.