Ərdoğanın iştirak etdiyi açılış mərasimində maraqlı anlar yaşandı - VİDEO

29-10-2021, 11:38           
Ərdoğanın iştirak etdiyi açılış mərasimində maraqlı anlar yaşandı - VİDEO
Türkiyənin paytaxtı Ankarada Millət Baxçasının açılışı zamanı maraqlı anlar yaşanıb.

Türkiyə KİV-lərinin yaydığı məlumata görə, ənənəyə uyğun olaraq, açılışda lent kəsmə mərasiminə dövlət rəsmiləri ilə yanaşı, azyaşlı uşaqlar da qatılıb. Prosesdən öncə dua edilib. Dua edilən zaman isə balaca qız əlindəki qayçıyla lenti hamıdan qabaq kəsib. Təşkilatçılar yeni lent gətirmək məcburiyyətində qalıb. Azyaşlı bu dəfə də lenti yarıya qədər kəsib. Sonda çıxış yolu olaraq balaca qızın əlindən qayçı alınıb. Amma bu da azyaşlını dayandıra bilməyib. O, yarıda qoyduğu işi əlləriylə tamamlayaraq lenti qoparıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru