Türkiyə 2023-cü ilə hədəflənən məqsədlərinə çatacaq

30-10-2021, 09:36           
Türkiyə 2023-cü ilə hədəflənən məqsədlərinə çatacaq
Türkiyə Cümhuriyyətin yaranmasının 100-cü ildönümündə həyata keçirilməsi nəzərdə tutulan məqsədlərə çatmaq üçün heç bir maneəyə, təxribata və hücumlara imkan verməyəcək.

SİA xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Atatürk Mədəniyyət Mərkəzinin yenidənqurmadan sonra açılış mərasimində deyib.

"2023-cü il hədəflərinə çatmaq üçün gecə-gündüz çalışaraq Türkiyə Cümhuriyyətinin qurucularına olan borcumuzu ödəməyə qərarlıyıq", - deyə Türkiyə Prezindeti bildirib.

O, həmçinin Atatürk Mədəniyyət Mərkəzinin köhnə və yeni Türkiyə arasındakı fərqin ən aydın şəkildə göründüyü yer olduğunu söyləyib: "Atatürk Mədəniyyət Mərkəzində keçirilən mədəniyyət və incəsənət tədbirləri böyük və güclü Türkiyənin qurulmasına töhfə verəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.