Türkiyə səfirini öldürüb ömürlük cəza alan ASALA üzvü azadlığa çıxdı - FOTO

30-10-2021, 12:37           
Türkiyə səfirini öldürüb ömürlük cəza alan ASALA üzvü azadlığa çıxdı - FOTO
ASALA üzvü Ambik Sasunyan ğmürlük cəzadan azad edilib. Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürüb. Buna görə 1984-cü ildə o, ömürlük həbs cəzasına məhkum edilib.

Qafqaz.media konkret.az-a istinadla xəbər verir ki, “Daşnaksütyun” partiyası Sasunyanın mesajını dərc edib və o, artıq Ermənistana gəldiyini bildirib.

“Qırx ildən sonra mənə doğma torpağa səfər etmək, doğma suyundan içmək, doğma havanı udmaq, ailənin hərarətini hiss etmək şərəfi nəsib olub”, – deyə qatil mesajında yazıb.

Bir neçə il Amerika məhkəməsi Sasunyanın azadlığa buraxılması ilə bağlı qərar verə bilmirdi. Lakin 12 mart 2021-ci ildə Kaliforniya qubernatoru Gavin Newsom Los Anceles məhkəməsinin Sasunyanın şərti azadlığa buraxılması ilə bağlı qərarına etiraz etməyəcəyinə qərar verib.

Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı öldürüb. Buna görə 1984-cü ildə o, ömürlük həbs cəzasına məhkum edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru