Türkiyə supermarketləri yüksək qiymətlərə görə milyonlarla cərimələndi

30-10-2021, 13:29           
Türkiyə supermarketləri yüksək qiymətlərə görə milyonlarla cərimələndi
Daha əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın yüksək inflyasiya iləmübarizədə göstərdikləri köməyə görə təşəkkür etməsinə baxmayaraq, Türkiyəninantiinhisar qurumu ölkənin beş aparıcı supermarket şəbəkəsini yüksək qiymətlərəgörə cərimələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg agentliyinin məlumatındadeyilir.

Ümumilikdə şirkətlər 2,6 milyard lirə (276 milyon dollar) cərimələnib.

Eyni zamanda, BIM şəbəkəsi Birleşik Magazalar AS ən çox zərər çəkib -o, 958 milyon lirə ödəməlidir. Bəzi şəbəkələr qərara etiraz edəcəklərinibildiriblər.

Qeyd edək ki, PrezidentƏrdoğan bir qədər əvvəl supermarketlərin "bütün bazarları məhv etdiyini”bildirmiş və bazarı "tarazlaşdırmaq” üçün min dənə dotasiyalı mağaza açacağınıvəd etmişdi. Pərakəndə Satıcılar Assosiasiyasının rəhbəri Qalib Aykaç qiymətartımına səbəb kimi yüksək istehsal xərclərini göstərərək, supermarketlərininflyasiyaya görə günah keçisi olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru