Qırğızıstan prezidentinin təyyarəsi Britaniyaya buraxılmadı – SƏBƏB

1-11-2021, 17:52           
Qırğızıstan prezidentinin təyyarəsi Britaniyaya buraxılmadı – SƏBƏB
Qırğızıstan prezidentinin təyyarəsi Böyük Britaniyaya buraxılmayıb.

Bu haqda informasiya “Sputnik Live” Telegram kanalında yayılıb.

Mənbə yazır ki, dövlət başçısına məxsus Tu-154 təyyarəsi Avropa İttifaqının və Britaniyanın texniki standartlarına uyğun gəlməyib.

Buna görə də prezidentə bu tip təyyarələrin endirilməsinin mümkünsüzlüyü barədə əvvəlcədən məlumat verilib.

Xəbəri prezident Sadır Japarovun mətbuat xidməti təsdiq edib.

Nəticədə Dubayda fəaliyyət göstərən şirkətin “Embraer Lineage 1000” şəxsi təyyarəsi icarəyə götürülüb.

Xatırladaq ki, Sadır Japarov Qlazqo İqlim Sammitində iştirak etmək üçün Britaniyaya gedib./bizim.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru