Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi - FOTO

2-11-2021, 09:55           
Məşhur qapıçının həyat yoldaşı dindarlara sərt cavab verdi - FOTO
Türkiyə milli komandasının və “Fənərbaxça”nın sabiq qapıçısı Volkan Dəmirəlin həyat yoldaşı Zeynəb Dəmirəl onu sosial şəbəkələrdə tənqid edən şəxslərə sərt cavab verib.

Qeyd edək ki, Zeynəb Dəmirəl Hellouin bayramı münasibəti ilə üzünə müxtəlif boyalar çəkib, xüsusi kostyumlar geyinib.

Zeynəb öz “Instagram” səhifəsində onu tənqid edən sosial şəbəkə istifadəçilərinə “Dininizin aradan getməsinə bu qədər narahat olmaqdansa, öz iqtisadi vəziyyətinizdən narahat olun” cümləsi ilə cavab verib.

Tanınmış qapıçının xanımı həmçinin əlavə edib ki, Hellouin bayramı onun üçün mədəniyyət məsələsidir və o, bu bayrama bir əyləncə vasitəsi kimi baxır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru