Bayden Ərdoğana aydın şəkildə bunu dedi - Prays

4-11-2021, 11:10           
Bayden Ərdoğana aydın şəkildə bunu dedi - Prays
Romada keçirilən G-20 sammitində Prezident Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana S-400 hava hücumundan müdafiə sistemləri ilə əlaqədar narahatlığını çatdırıb.

Teref.az xəbər verir ki, bu açıqlama ilə Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.
“Prezident Bayden tərəfdaşlığımızı və Türkiyənin NATO tərəfdaşı kimi əhəmiyyətini bir daha təsdiqlədi. Eyni zamanda, bu görüşdə o, Türkiyənin Rusiyanın S-400 sistemlərinə malik olması ilə bağlı narahatlığımızı Ərdoğana aydın şəkildə çatdırdı.

Biz Rusiyanın S-400-lərinin mövcudluğunun nəticələrini Türkiyənin F-35 proqramında iştirakı kontekstində aydın şəkildə müəyyən etmişik”, – Prays söyləyib./axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru