Rusiya Qırğızıstandan qisas alır: - Polis qırğızlarla amansız davranmağa başlayıb

4-11-2021, 12:46           
Rusiya Qırğızıstandan qisas alır: -
Orta Asiya ölkələrində rus dilinin geniş yayılmasına qarşı böyük dözümsüzlük var. Bir-birinin ardınca bu istiqamətdə qalmaqal baş verir. Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda rus mənşəli vətəndaşlarla yerli adamların qarşıdurmaları bir-birini əvəz edir.
Bizimyol.info xəbər verir ki, Qırğızıstanda bu qəbildən iki hadisə baş verib. Birincidə Bişkək sakini Əli Alimbekov rusca danışan uşaq mərkəzinin əməkdaşının başına kalkulyatorla zərbə endirib. İkinci hadisə zamanı isə rus mənşəli uşağın döyüldüyü iddia olunur. Hər iki məsələ Kremlin qəzəbinə səbəb olub. Xüsusilə Alimbekovun iki ay sonra azadlığa buraxılması Moskvanı özündən çıxarıb. Rusiya Qırğızıstandan qisas almaq qərarına gəlib.

Moskvada polis qırğızlara qarşı aqressiv davranmağa başlayıb. Asayiş keşikçiləri bilərəkdən xüsusi reydlər keçirir, onları aşağılamaqdan çəkinmir. Sosial şəbəkələrdə yayılan videolarda polisin qəsdən belə davrandığı aşkar hiss olunur. Qırğızıstanın Moskvadakı səfirliyi nota göndərmək məcburiyyətində qalıb.

Orta Asiya ölkəsində şübhə etmirlər ki, baş verənlər Kremlin iradəsi ilə həyata keçirilir. Rusiya Qırğızıstanda dil islahatlarına başlamasına isti yanaşmır. Ümumiyyətlə, Moskva Orta Asiya dövlətlərinin bir-birinin ardınca dil haqqında yeni qanun qəbul etmək təşəbbüsünü dayandırmağa çalışır. Çünki bu, Rusiyanın bölgədəki təsir imkanlarını azaldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru