Türkiyə gələcəyin silahını yaradır - Müdafiə Sənayesi İdarəsinin sədri

5-11-2021, 07:43           
Türkiyə gələcəyin silahını yaradır -
Türkiyənin müdafiə sənayesi bütün mümkün ssenariləri nəzərə alaraq gələcəyin silahını yaradır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir ASELSAN şirkətinin təşkil etdiyi “Gələcəyi bu gün layihələndir” mövzusunda seminarda çıxışı zamanı deyib.

İ.Dəmir bildirib ki, Türkiyənin müdafiə sənayesi qabaqcıl texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli silah tələbatları vaxtında ödəməyə çalışır.

Seminarda Türkiyə Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Sənayesi İdarəsi, ASELSAN və digər müdafiə şirkətlərinin nümayəndələri iştirak ediblər.

İ.Dəmir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesində dövlət və özəl sektorun iştirakı arasında balansın vacibliyini dəfələrlə vurğulayıb.

O əlavə edib ki, təsisçi şirkətlər və ya dövlət iştiraklı şrikətlər strateji və orta müddətli biznesə diqqət yetirməli və özəl sektor və kiçik və orta müəssisələr üçün yol açmalıdırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.