SƏLCUQ BAYRAQDARIN FƏLƏSTİNLƏ BAĞLI STATUSUNU “FACEBOOK” NİYƏ SİLİB? - Əzzam Ələməddin: “Səhvlər oldu…”

5-11-2021, 10:30           
SƏLCUQ BAYRAQDARIN FƏLƏSTİNLƏ BAĞLI STATUSUNU “FACEBOOK” NİYƏ SİLİB? -
"Biz istifadəçilərin təhlükəsizliyi, ifadə azadlığı, insan haqları və ölkənin milli maraqlarnı yaxından izləyirik. Meta millətlərüstü bir şey deyil. Bizim sizdən üstün olmağımız mümkün deyil”.

Qafqaz.media xəbər verir ki bu haqda “Facebook”-un Yaxın Şərq, Şimali Afrika və Türkiyə üzrə direktoru Əzzam Alaməddin Səlcuq Bayraktarın “İnstaqram”da Fələstinlə bağlı paylaşımının silinməsi haqda suala cavabında bildirib.

Fələstinin ürəyinə yaxın olduğunu ifadə edən Alaməddin, "Səhvlər oldu. Avtomatlaşdırma xətası idi. Haşteq bloklananda Məscidi-Aksa ilə bağlı bütün yazılar da avtomatik bloklandı. İndi bu xətalar azalmağa başlayır”, - deyib.

“Biz hər zaman danışıqlara açığıq”

Hər zaman danışıqlara açıq olduqlarını bildirən Əzzam Ələməddin ictimaiyyətlə konstruktiv danışıqların aparılmasının vacib olduğunu bildirib.

Müxtəlif ictimai qurumlarla əməkdaşlıq etdiklərini, rəqəmsal dünyaya daxil olmaq üçün KOBİ-lərə əl atdıqlarını, qan qrant, sosial dəstək və baxım xidmətlərinə dəstək verməyə çalışdıqlarını izah edən Alaməddin, 2022-ci ildə Türkiyədə təhsil və turizmə dəstək vermə planlarının olduğunu da bildirib.

Hüquqi məsuliyyətlərinə toxunan Alaməddin, "Facebook, Instagram, Meta fərqi yoxdur. Məsuliyyətli yenilik etməyə çalışırıq. Platformanın dürüstlüyü və istifadəçilərinin təhlükəsizliyi bizim üçün əsas prinsiplərdən biridir", - deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.