“Baldızla zina nigahın pozulmasına səbəb olmaz” - Türkiyənin Din İşlər İdarəsindən QALMAQALLI FƏTVA

5-11-2021, 17:01           
“Baldızla zina nigahın pozulmasına səbəb olmaz” -
Türkiyənin dövlət strukturlarından olan Din İşləri İdarəsinin verdiyi fətvaya əsasən baldızı ilə zina edən şəxsin bu əməli onun nigahının pozulmasına səbəb deyil. Belə fətva Din İşləri İdarəsinin bu yaxınlarda hazırlanan “Fətvalar” kitabında yer alır.

“Baldızı ilə zina edən şəxsin xanımı boşanmalıdırmı” sualına cavab olaraq Din İşləri İdarəsi bildirir: “Zina böyük günahlardan olmaqla yanaşı ər və ya arvaddan birinin zina etməsi onların nikahlarına zərər verməz. Baldızla edilən zinanın nikahı sonlandırmaması baldızla olan evlənmə qadağasının əbədi deyil, müvəqqəti olmasından qaynaqlanmaqdadır”. Fətvada hərçənd o da əlavə edilir ki, baldızı ilə zina edən şəxs böyük günah işlədiyinə görə mütləq tövbə etməlidir.

Bu fətva Türkiyə cəmiyyətində etirazlarla qarşılanıb və Din İşləri İdarəsinə qarşı sosial şəbəkələrdə ciddi tənqid dalğasına, istehzalara səbəb olub.

Filosof və ilahiyyatçı, professor Şahin Filiz “Cümhuriyyet” qəzetinə açıqlamasında deyib ki, bu sözügedən əmələ dini don geyindirməyə və haqq qazandırmağa çalışmaq islam ruhuna ziddir və əxlaqdan kənardır. O bildirib ki, türk mədəniyyətində evliliklə qurulan qohumluq qan qohumluğu sayılır və müqəddəs hesab edilir. “Baldızı ilə birlikdə olan şəxsin öz qohumu ilə birlikdə olması kimi günahı yaranır və bu vəziyyət insest kimi qiymətləndirilməlidir. Başqa sözlə, bu fətva dolayısı olaraq insesti təşviq etmək deməkdir”, - professor bildirib. //virtualaz.org//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.