Britaniyada qondarma "erməni soyqırımı" müzakirəsi: - Bu Azərbaycana və Türkiyəyə təzyiq vasitəsidir!

5-11-2021, 17:10           
Britaniyada qondarma "erməni soyqırımı" müzakirəsi: -
Noyabrın ayının 9-da Böyük Britaniya parlamentinin İcmalar Palatasında qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Böyük Britaniyadakı Erməni Milli Komitəsinin məlumatına görə, qanun layihəsini mühafizəkar deputat Tim Luton təqdim edib. Layihə bu mərhələdən keçərsə, Böyük Britaniya qondarma "erməni soyqırımı"nın rəsmi tanınmasına bir addım da yaxınlaşacaq.

Politoloq Cümşüd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, İcmalar Palatasının qondarma "erməni soyqırımı"nı tanımaqla bağlı qanun layihəsini müzakirə etməsinin arxasında maddi maraq dayanır və Ankara ilə Bakıya siyasi təzyiq alətidir. Höhbətimizin fikrincə, bunu ermənilərin bəyan etməsi isə 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra onların yenidən ayağa qalxmaq niyyətindən xəbər verir:

"Tarixən Böyük Britaniya ikibaşlı siyasət yürüdüb. Bir əlində kökə, o biri əlində isə kötək tutub. London rəsmi dövlət səviyyəsində Azərbaycanla yaxşı əlaqələr qurub. Baş nazir Boris Conson bu barədə şəxsən Azərbaycan Prezidentinə öz münasibətini bildirib. Bu mənada, İcmalar Palatasının qondarma "erməni soyqırımı"nı tanımaqla bağlı aparacağı müzakirə həm anlaşılandır, həm də anlaşılmazdır. Ona görə anlaşılandır ki, Britaniya daxili siyasətində yenə də öz ampulasındadır. Amma ona görə anlaşılan deyil ki, Azərbaycana ən çox investisiya yatıran ölkə məhz Böyük Britaniyadır. "Erməni soyqırımı"nı tanımaqla bağlı İcmalar Palatasının atmaq istədiyi addım hüquqi cəhətdən də anlaşılan deyil”.

Həmsöhbətimiz İcmalar Palatasının qondarma məsələyə noyabrın 9-da baxmasını da təsadüfi hadisə hesab etmir:

"Həmin müzakirənin Azərbaycanın Zəfər Günündən sonra Dövlət Bayrağı gününə təsadüf etməsi elə-belə deyil. Burada ingilis siyasəti var”.

Cümşüd Nuriyev onu da qeyd edib ki, Britaniya parlamentinin hansı qərar verməsindən asılı olmayaraq, onun nə Azərbaycana, nə də Türkiyəyə heç bir ziyanı dəyməyəcək:

"Dünya bilir ki, İslam dünyasında soyqırım məsələsi yoxdur, olması da mümkünsüzdür. Bu cür təxribatlarla Bakı ilə Ankaranı öz yolundan döndərə bilməyəcəklər”.

Ekspert qeyd edir ki, Londonun bu hərəkəti sadəcə Türkiyənin artan nüfuzuna və Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi dəyərləndirilməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.