Türkiyə fəzaya ilk astronavtını göndərəcək

6-11-2021, 07:50           
Türkiyə fəzaya ilk astronavtını göndərəcək
Gələn il Türkiyədə ilk astronavt namizədin seçimləri keçiriləcək.
Teref.az xəbər verir ki, Türkiyə Uzay Agentliyinin (TUA) sədri Sərdar Hüseyn İldırım bununla bağlı ABŞ-ın “SpaceX” və Rusiyanın “Soyuz” şirkətləri ilə danışıqlar apardıqlarını bildirib.

Razılaşma əldə ediləcək şirkət Türkiyədə 7 aylıq təlim keçəcək və iki nəfər namizəd seçimini aparacaq. Təlimlərdən sonra həmin iki namizəddən biri seçilərək kosmosa göndəriləcək.

Türkiyəli astronavtın azı 1 həftə kosmosda qalacağını qeyd edən TUA rəhbəri həmin müddət ərzində elmi tədqiqatlar aparılacağını da əlavə edib: “Ona görə də astronavt namizədi elm adamlarından olacaq”./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru