Qazaxıstanda koronavirusdan sağalanların sayı 900 mini keçib 7-11-2021, 08:33 Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 1 349 yoluxma halı qeydə alınıb.Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 948 599, ölənlərin sayı isə 12 250 nəfərə çatıb.Bildirilir ki, ötən gün koronavirusdan 1 735 nəfər, hazırkı dövrədək isə 900 763 nəfər sağalıb. Facebook-da paylaş