SON DƏQİQƏ! Rza Zərrabın ortağı olan azərbaycanlı iş adamına ölüm hökmü verildi - SƏBƏB...

8-11-2021, 00:01           
SON DƏQİQƏ! Rza Zərrabın ortağı olan azərbaycanlı iş adamına ölüm hökmü verildi - SƏBƏB...
İranda yaşayan Güney azərbaycanlı iş adamı Babək Zəncaniylə bağlı ölüm hökmü verilib.

32gun.az-ın məlumatına görə, İslam Məhkəməsi Zəncani və onun iki şərikini “dünyada korrupsiyanı yaymaq” ittihamı ilə edam cəzasına məhkum edib və onların mənimsəmələrinin qaytarılmasına göstəriş verib. Azərbaycanlı iş adamı barəsindəki ölüm hökmü ilə bağlı apellyasiya şikayəti vermək hüququna malikdir.

Qeyd edək ki, İrana qarşı neft sanksiyalarını aradan qaldırmağa kömək etdiyinə görə ABŞ və Aİ-nin qara siyahısına düşən Zəncani şirkətləri vasitəsilə satdığı neftdən əldə etdiyi gəliri mənimsəməkdə ittiham olunur. Onun bu yolla 2,8 milyard dollar mənimsədiyi iddia edilib.

Ölüm hökmü ilə bağlı apellyasiya şikayəti vermək hüququna malik olan Zəncani 2013-cü ilin dekabrında İran prezidenti Həsən Ruhaninin əmri ilə həbs edilib. Zəncani Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Malayziyadakı şirkətləri vasitəsilə İran dövləti adından milyonlarla barel neft satdığını etiraf edib.

Xatırladaq ki, 42 yaşlı Tehran əsilli iş adamı Babək Zəncanın adı Türkiyə ilə də hallanır. Belə ki, Zəncaninin Türkiyədə də şirkətləri var.

Zəncaninin adı azərbaycanlı iş adamı Rza Zərrabla da tez-tez hallanıb, onların ortaq olduğu qeyd edilib. Hətta Türkiyənin Gömrük və Ticarət Nazirliyinin müfəttişləri tərəfindən hazırlanan hesabatda ikisi arasında əlaqənin olduğu bildirilib.

Nurlan Şiraliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.