TRT Fransa şirkəti ilə İŞİD-in əlaqələrini ifşa edən film hazırlayıb – VİDEO

8-11-2021, 07:25           
TRT Fransa şirkəti ilə İŞİD-in əlaqələrini ifşa edən film hazırlayıb – VİDEO
Türkiyənin dövlət telekanalı TRT Fransanın sement nəhəngi “Lafarge” ilə İŞİD terrorçuları arasındakı əlaqələrə işıq salacaq sənədli film hazırlayıb.

“Fabrik” adlanan ikihissəli film iki illik jurnalist araşdırması nəticəsində meydana gəlib. Araşdırmanın gedişində yarım milyondan çox sənəd diqqətlə incələnib.

Filmdə “Lafarge” ilə İŞİD arasındakı gizli bağlantılar şəbəkəsi üzə çıxarılıb və şirkətin Suriyadakı zavodunun əslində Fransa xüsusi xidmət orqanları tərəfindən terrorizmin maliyyələşdirilməsi məqsədilə istifadə edildiyi sübuta yetirilib.

Sənədli filmin ilk hissəsi noyabrın 12-də Bakı vaxtilə saat 22.00-da, ikinci hissəsi isə ertəsi gün eyni saatda telekanalın efirində yayımlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru