“ATDIĞIMIZ ADDIMLAR BƏZİ DAİRƏLƏRİ NARAHAT EDİR” – Ərdoğan: “Türkiyənin nüvə enerjisi olmalıdır…”

10-11-2021, 07:55           
“ATDIĞIMIZ ADDIMLAR BƏZİ DAİRƏLƏRİ NARAHAT EDİR” –
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz Tvitter hesabında "Müdafiə sənayesindəki addımlar bizi bazar olaraq görənləri narahat etdiyi kimi, enerji sahəsində də atdığımız addımlar bəzi dairələri narahat edir", - deyə yazıb.

Qafqaz.media-nın məlumatına əsasən, Ərdoğan bildirib ki, Türkiyəyə qarşı müxtəlif hücumların səbəblərindən biri də enerji ehtiyatlarını millətin istifadəsinə vermələridir.

“Qara dənizdə 540 milyard kubmetr təbii qaz kəşf etdikdən sonra bəzi reaksiyaları xatırlayaq: “Kəşf etdilər, amma çıxara bilmirlər, bu kəşf iqtisadi gəlir vermir” kimi cəfəngiyyatların çox şahidi olduq. Millətin xoşbəxtliyinə şərik olmaq əvəzinə, susan siyasətçiləri də görmüşük.

Digər tərəfdən, dünyanın 32 ölkəsində hələ də 443 atom elektrik stansiyası işlək vəziyyətdə olduğu halda, “Türkiyənin nüvə enerjisi olmamalıdır” kimi kobud səhvlə qarşılaşırıq. Dünyanın 60 ildən artıqdır ki, istifadə etdiyi bu imkana sahib olmağımızı istəməmələrinin səbəbini bilirik.

Son 19 ildə olduğu kimi, 2023-cü ilə qədər olan prosesdə də millətimizlə həmrəylik nümayiş etdirərək, bir çox məsələlərdə olduğu kimi, ölkəmizi enerjidə də layiq olduğu yüksək liqaya çıxarmaq üçün çox çalışacağıq. Türkiyəyə güvənin”, - deyən Türkiyə prezidenti bütün hallarda yola davam edəcəklərinin mesajını verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.