Dünya liderləri Türkiyəni belə adlandırır

12-11-2021, 10:07           
Dünya liderləri Türkiyəni belə adlandırır
Bu gün dünya liderləri Türkiyəni qlobal güc adlandırır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran çıxış edib.

"Biz dünyanın ən böyük iqtisadiyyatına malik deyilik, amma ən çox yardım edən, ən böyük diplomatik nümayəndəliyə malik 5-ci ölkəyik. Milli müdafiə sənayesində ehtiyacımızın 70 faizini öz imkanlarımızla qarşılaya bilən qüdrətli ölkəyik, öz avtomobilimizi istehsal edirik. Dünyadakı infrastruktur layihələrinin əksəriyyəti Türkiyədə reallaşdı. Bütün bunlara Prezidentimizin sayəsində nail olduq. “Dünya 5-dən böyükdür” cümləsi sadəcə bir cümlə deyil. Prezidentimiz “Ədalətli dünya uğrunda” şüarı ilə mesaj verdi və bu mesaj gün keçdikcə daha çox rezonans doğurur", - Kıran vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru