Türkiyədə keçmiş millət vəkili həbs edildi - SƏBƏB

12-11-2021, 11:25           
Türkiyədə keçmiş millət vəkili həbs edildi - SƏBƏB
HDP-nin Adıyamandan seçilən keçmiş millət vəkili Behçet Yıldırım PKK/KCK Silahlı Terror Təşkilatına üzv olduğu üçün həbs edilib.

Bizim.Media “haberler.com” nəşrinə istinadən xəbər verir ki, Behçet Yıldırım Adıyaman Respublika Prokurorluğu tərəfindən PKK/KCK Silahlı Terror Təşkilatının maliyyələşdirilməsi və təşkilata üzvlüyü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

O, bölgənin Jandarma Komandanlığının Terrorla Mübarizə Şöbəsində dindirildikdən sonra Respublika Prokurorluğuna sövq edilib.

Nəticədə məhkəmə Behçet Yıldırımın həbsinə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru