Rusiya və Türkiyə hərbi məhsulların tədarükü ilə bağlı danışıqları davam etdirir

14-11-2021, 10:18           
Rusiya və Türkiyə hərbi məhsulların tədarükü ilə bağlı danışıqları davam etdirir
Rusiya Federasiyası Türkiyə ilə hərbi məhsullarının tədarükü və silahların birgə hazırlanmasını müzakirə edir.

Trend-in məlumatına görə, bunu "İnterfaks"a "Dubay Airshow-2021" beynəlxalq aviasalonunda Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

D.Şuqayev bildirib: "Rusiyanın müasir hərbi məhsullarının tədarükü, eləcə də silahların birgə hazırlanması ilə bağlı danışıqlar davam edir".

O, Türkiyə ilə hərbi-texniki əməkdaşlığın perspektivləri və Ankaraya S-400 hava hücumundan müdafiə sistemlərinin yeni partiyasının tədarükü üçün müqavilənin imzalanmasının mümkün vaxtı ilə bağlı suala cavabında dəqiq vaxt barədə məlumat verməyib: "Türkiyə Respublikası ilə hərbi-texniki əməkdaşlıq stabil şəkildə inkişaf edir".

D.Şuqayev əlavə edib ki, bölgənin bir çox ölkəsi S-400 Triumf hava hücumundan müdafiə sisteminə maraq göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru