Türk lirəsi ABŞ dolları qarşısında növbəti dəfə rekord həddə ucuzlaşıb

16-11-2021, 19:25           
Türk lirəsi ABŞ dolları qarşısında növbəti dəfə rekord həddə ucuzlaşıb
Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərcəsini bir qədər də azaldacağına dair gözləntilər fonunda türk lirəsi ABŞ dolları qarşısında növbəti dəfə rekord həddə ucuzlaşıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 15.15 radələrində qonşu ölkədə 1 Amerika valyutası 10,25 lirəyə bərabər olub.

Xatırladaq ki, lirənin kəskin ucuzlaşması ötən ayın ortalarında TMB-nin üç vəzifəli şəxsinin, o cümlədən sədrin iki müavinin işdən çıxarılması fonunda başlayıb. Oktyabrın sonunda isə tənzimləyici qurum uçot dərəcəsini 18 %-dən 16 %-ə endirib. Bundan sonra milli valyutanın ucuzlaşması sürətlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru