Türkiyədə tutulan kriminal avtoritet İlqam Hacıyevi (“İlqam Bolnisski”) üç ölkə axtarır

18-11-2021, 12:45           
Türkiyədə tutulan kriminal avtoritet İlqam Hacıyevi (“İlqam Bolnisski”) üç ölkə axtarır
Gürcüstan əsilli azərbaycanlı kriminal avtoritet, mərhum “Lotu Quli”nin yaxın adamlarından olan İlqam Hacıyev (“İlqam Bolnisski”) üç gün əvvəl İzmirdə həbs olunub. Və onun saxta pasportla Türkiyəyə yerləşdiyi üzə çıxıb.

virtualaz.org xəbər verir ki, “Sabah” qəzeti İlqam Hacıyevin silah qaçaqmalçılığı ittihamı ilə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarıldığını, barəsində İnterpol xətti ilə axtarış elan olunduğunu bildirir. Lakin “İlqam Bolnisski”ni axtaran təkcə Azərbaycan hüquq-mühafizə orqanları deyil. Rusiya və Fransa hüquq-mühafizə orqanları da onun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edib. Həmin ölkələrin hüquq-mühafizə orqanlarının Hacıyevi hansı cinayətlərdə ittiham etdiyi məlum deyil.

Bildirilir ki, Hacıyevin ekstradisiyası üçün prosedur başladılıb, amma onun hansı ölkəyə ekstradisiya olunacağı göstərilmir.

Sosial şəbəkələrdə isə İlqam Hacıyevin məşhur türkiyəli mafiya lideri Sedat Pekerlə də fotoları tapılıb. Onun bir neçə gün əvvəl kriminal aləmin “generallarının” yığıncağında (“sxodka”) “qanuni oğru” titulu aldığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.