Piri Rəisin 500 illik dünya xəritəsi - Fotolarda

19-11-2021, 10:14           
Piri Rəisin 500 illik dünya xəritəsi - Fotolarda
Osmanlı kartoqrafı, coğrafiyaşünas və dənizçisi Piri Rəisin 1513-cü ildə hazırladığı dünya xəritəsi Türkiyədə yenidən nümayiş olunub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya xəritəsi İstanbulda Topqapı Sarayının III Əhməd Kitabxanasında sərgilənib.

Piri Rəis tərəfindən 508 il əvvəl çəkilən dünya xəritəsi kartoqrafiyanın ən önəmli əsərlərdən biri hesab olunur.

1924-cü ildə saraydakı kitabxanalar təmizlənərkən tapılan xəritə yeddi il sonra dövlət qeydiyyatına alınıb.

500 illik əsər istidən, işıqdan və nəmdən zərər görməməsi üçün müəyyən aralıqlarla nümayiş olunur.
Piri Rəis tərəfindən 1513-cü ildə portolan üslubunda hazırlanan bu xəritənin ölçüsü 87x63 santimetrdir. Xəritədəki rəsmlər mürəkkəblə və dəri üzərində akvarellə çəkilib.

Xəritədə yazılıb: “Bu xəritəni Piri ibn əl-Hacc Məhməd 919-cu ildə Kamal Rəisin qardaşı titulu ilə yazıb. Eyni zamanda, xəritədə Avropa və Afrikanın qərb sahilləri, Atlantik okeanı, Mərkəzi və Cənubi Amerikanın bəzi hissələri göstərilir".
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.