“Türkiyə NATO-nun təhlükəsizliyinin mərkəzində yerləşir“ - Akar

19-11-2021, 17:58           
“Türkiyə NATO-nun təhlükəsizliyinin mərkəzində yerləşir“ - Akar
"Türkiyə NATO-nun ikinci ən böyük ordusu olaraq alyansın yükünü və bütün dəyərlərini bölüşür". APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda "On Guard-2021" təliminin müşahidə günündə deyib.

"Türkiyə İŞİD, Əl-Qaidə, PKK/YPG, FETÖ və digər terror təşkilatlarına qarşı eyni vaxtda mübarizə apararkən, bölgəsindəki risk, təhdid və təhlükələrə baxmayaraq, alyansın təlimlərinə, güc strukturuna və heyətinə fasiləsiz töhfə verməyə davam edir", -deyə Türkiyənin müdafiə naziri bildirib.

Hulusi Akar ölkəsinin Avropanın sərhədlərini terrorizm, qaçaqmalçılıq və insan alverindən qorumaq üçün əlindən gələni etdiyini vurğulayıb.

"NATO-nun ikinci ən böyük ordusu olaraq, alyansın yükünü və onun bütün dəyərlərini bölüşərək Türkiyə NATO-nu öz təhlükəsizliyinin mərkəzinə qoymaqla yanaşı eyni zamanda NATO-nun təhlükəsizliyinin mərkəzində yerləşir", - deyə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru