YPG Suriyada terror aktı törədib: Ölənlər və yaralananlar var

20-11-2021, 07:10           
YPG Suriyada terror aktı törədib:
Terrorçu PKK/YPG qruplaşması Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Afrin bölgəsinə raket zərbələri endirib.

Cebhe.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" hesabında məlumat yayıb.

İlkin məlumata görə, zərbələr nəticəsində 3 dinc sakin ölüb, daha 10 nəfər yaralanıb. Yaralılar ərazidəki hospitala yerləşdirilib.

Qeyd edilir ki, Afrin şəhər mərkəzinə 6 raket zərbəsi endirilib. Müəyyən edilmiş terrorçu hədəflər dərhal Türkiyə Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” antiterror əməliyyatı keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru