"S-400" bəhanəsi ilə Türkiyəyə sanksiya tətbiq edən ABŞ-la bağlı həqiqətlər üzə çıxdı

20-11-2021, 07:52           
"S-400" bəhanəsi ilə Türkiyəyə sanksiya tətbiq edən ABŞ-la bağlı həqiqətlər üzə çıxdı
"S-400" hava hücumundan müdafiə sistemləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq edən ABŞ-ın Rusiyanın ikinci ən böyük silah müştərisi olduğu ortaya çıxıb.

Vaşinqton bir tərəfdən Türkiyənin Moskvadan silah almasına qəti şəkildə qarşı çıxır, digər tərəfdən də rəqibi ilə işini davam etdirir. Rusiyanın bu ilin ilk səkkiz ayında silah ixracı ilə bağlı hesabatda ikinci ən böyük müştərinin ABŞ olduğu ortaya çıxıb.

Rusiya Gömrük İdarəsinin rəsmi hesabatına əsasən, Afrika ölkəsi Əlcəzair 2021-ci ilin ilk səkkiz ayında silah satışında Moskvanın bir nömrəli müştərisi olub. Rusiyadan təxminən 1 milyard dollar dəyərində müdafiə materialları alan Əlcəzairi ABŞ izləyir, lakin satınalma məbləği siyahıda gizli saxlanılır.

Silahlar normal məhsullar kimi açıq yox, hansı silahlar olduğu gizli qalacaq şəkildə “SSSS” gömrük kodunu aldığı üçün ABŞ-dan hansı silahları satı aldığı hesabatda aydın olmayıb. Lakin hərbi ekspertlər hesabatlarda əksini tapmayan detallar barədə məlumat veriblər. Buna əsasən, ABŞ-ın Rusiyadan aldığı ən mühüm hərbi material raket mühərrikləri, sonra isə Kalaşnikov avtomatları və tank əleyhinə silahlar olub. O da məlumdur ki, ABŞ Rusiyadan hər il milyonlarla güllə idxal edir. Rusiya Federal Gömrük İdarəsinin hesabatı göstərir ki, Türkiyə son 8 ayda bir dollar belə silah almayıb.

Ankara S-400 sistemi aldığı üçün ABŞ-ın sanksiyalarına məruz qaldığı halda, sözügedən dövrdə daha 5 NATO ölkəsinin adı siyahıya salınıb. Bunlar müvafiq olaraq Almaniya, Böyük Britaniya, Estoniya, Çexiya və Niderlanddır. NATO ölkələrindən başqa Rusiyadan yüklü silah alan ölkələr Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri olub. Kreml Sarayının xarici ölkələrlə hərbi əməkdaşlıq xidmətinin direktoru Dmitri Şuqayev bundan əvvəlki açıqlamasında bildirib ki, xarici ölkələr ən çox S-400 və Pantsir-S1 hava hücumundan müdafiə sistemləri ilə maraqlanır. Onları hərbi təyyarələr və helikopterlər izləyir. Rusiyanın silah ixracının yarıdan çoxunu hava nəqliyyatı təşkil edir.

Mənbə: Hürriyet












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.