Bələdiyyə sədrinə qarşı ŞOK İTTİHAM: “İş üçün müraciət etməyə getdiyim gün təcavüzə məruz qaldım” - FOTO

21-11-2021, 07:14           
Bələdiyyə sədrinə qarşı ŞOK İTTİHAM:
İş istəməyə getdiyi Didim bələdiyyə başçısı Ahmet Deniz Atabayın ona təcavüz etdiyini iddia edən S.T.(şərti ad) yenidən başladılan istintaq çərçivəsində ifadə verib.

Teref.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Aydın şəhərində baş verib.

İş üçün müraciət etdiyi gün təcavüzə məruz qaldığını bildirən S.T, "Yaşadığım psixoloji sarsıntılara görə müalicə alıram", - deyib.

Zorlandığını iddia edən qadın Didim Prokurorluğunda verdiyi açıqlamada , 2016-cı ilin qış aylarında iş istəmək üçün Didim bələdiyyə başçısı Ahmet Deniz Atabayın yanına getdiyini və bu hadisənin həmin gün baş verdiyini deyib.

Zərərçəkmiş ST-nin vəkili Murat Sultansu, “İstintaq bu şəkildə davam edərsə, əsl cinayətkarları ortaya çıxarmaq mümkün olmayacaq. Dosyenin Didim Respublika Prokurorluğundan alınaraq Aydın Respublika Baş Prokurorluğuna təhvil verilməsini tələb edirik", - deyə açıqlama verib.


İstintaq çərçivəsində ona göstərilən ilk video ilə bağlı CHP partiyasının da üzvü olan Ahmet Deniz Atabay, "Videoda öpüşən mənəm. Ancaq qarşımdakı şəxs qətiyyən o qadın deyil. Bu görüntülər mənim şəxsi evimdə çəkilib. Çox güman ki, sözügedən görüntüləri özümüz çəkmişik. O vaxt həmin anı əbədiləşdirmək üçün videoya çəkdik” - deyə açıqlama verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru