Rusiyadan kritik TÜRKİYƏ QƏRARI: Dayandırıldı

21-11-2021, 12:52           
Rusiyadan kritik TÜRKİYƏ QƏRARI:
Qərbi Aralıq dənizi İxracatçılar Birliyinin sədri Ümit Mirzə Çavuşoğlu Rusiyanın Türkiyədən nar və bibər idxalını dayandırdığını açıqlayıb.

Teref.az Publika.az-a istinadən xəbər verir ki, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti qadağanı tətbiq edib.

116 milyon dollarlıq ixracatdan danışan Çavuşoğlu həm bibər, həm də nar ixracının pik dövründə tətbiq olunan bu qadağanın istehsalçıları çətin vəziyyətə salacağını bildirib.

Ü.M.Çavuşoğlu Rusiyanın nar və bibər idxalına qadağasının noyabrın 16-dan etibarən tətbiq olunmağa başladığını, lakin qərarın dünəndən etibarən Türkiyəyə açıqlandığını ifadə edib:

"Şirkətlərimiz məhsul göndərəndən bəri qərardan xəbərdarıq. Rusiyaya gedənlərin Rusiya gömrüyünə buraxılmasına icazə verilməyib. Biz problemi dərhal aidiyyəti nazirliklərimizə çatdırdıq. İki ölkənin nazirlikləri və ticarət attaşeləri arasında danışıqlara başlanıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru