Türkiyə Qara dənizdə qaz kəmərinin inşasına nə vaxt başlayır?

23-11-2021, 00:33           
Türkiyə Qara dənizdə qaz kəmərinin inşasına nə vaxt başlayır?
Türkiyənin Qara dənizdə suyun altına çəkiləcək ilk boru kəmərinin inşasına 2022-ci ilin yaz aylarında başlanılacaq.

"Anadolu” agentliyi xəbər verir ki, bunu qardaş ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Nazir 11-ci Türkiyə Enerji Zirvəsinin açılışındakı çıxışında bildirib ki, Qara dənizdə təbii qazın kəşfi ilə bağlı işlər sürətlə davam edir:

"İyul ayında Türkali-2 quyumuzun lay-2 və lay-3 sınaqlarını uğurla başa çatdırdıq. Həmin gün ilk dəfə Qara dəniz qazını orada yandırdıq. Bu həftə gündəlik 650 min kubmetr qaz axınına çatdıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru