Azərbaycan və Pakistan preferensial ticarət sazişi imzalayacaq

23-11-2021, 11:40           
Azərbaycan və Pakistan preferensial ticarət sazişi imzalayacaq
Azərbaycan və Pakistan gömrük tariflərinin azaldılması ilə iki ölkə arasında ticarəti artırmağa imkan verəcək preferensial ticarət sazişi üzərində işləyir.

Bunu Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib.

O, həmçinin deyib ki, Pakistan şirkətlərinin, o cümlədən əczaçılıq müəssisələrinin Azərbaycanda istehsalla məşğul olmaq üçün geniş imkanlar mövcuddur: "Yerli investorları Bakı limanı yaxınlığındakı Ələt Azad İqtisadi Zonasında birgə müəssisə yaratmaq imkanlarını araşdırmalarını təklif edirəm"./report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru