Türkiyə iqtisadiyyatında ciddi problemlər yaşanır

24-11-2021, 12:55           
Türkiyə iqtisadiyyatında ciddi problemlər yaşanır
Türkiyə iqtisadiyyatında ciddi problemlər yaşanır, lirə sürətlə dəyərdən düşür, qiymətlər qalxır. Mövcud vəziyyət Türkiyə vətəndaşlarını narahat edir. Türkiyənin müxtəlif şəhərlərində etirazlar qeydə alınıb. Elə buna görə də “Türkiyədə erkən seçkilər keçirilə bilərmi” sualı aktuallaşıb. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan qətiyyətlə erkən seçki keçirilməyəcəyini bildirib. Hakim partiyanın reytinqinin azalması fonunda erkən seçki Ərdoğanın maraqlarına uyğun deyil. Rəcəb Təyyub Ərdoğan Cumhuriyyətin yüz illiyinə - 2023-cü ilə qədər istefa verməyəcək, o həmin tarixdə böyük meqa layihələrin işə düşməsinə şahidlik etmək istəyir.
Teref.az xəbər verir ki, bunu Elxan Şahinoölu deyir.
Bu arada, Azərbaycanda başqa bir sual aktuallaşıb: “Türkiyədə Ərdoğanın yerinə bir başqası Cumhurbaşqanı seçilərsə, bunun Türkiyə-Azərbaycan münasibətlərinə təsiri necə olacaq?”
Əlbəttə, Ərdoğanın Türkiyə - Azərbaycan siyasi və hərbi ittifaqının güclənməsi üçün gördüyü işlər danılmazdır. Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsində Ərdoğanın dəstəyini inkar etmək mümkün deyil. Misal üçün Türkiyədə hakimiyyətdə Süleyman Dəmirəl kimi birisi olsaydı, Azərbaycan eyni dəstəyi almaya da bilərdi. Ancaq bu o demək deyil ki, Ərdoğandan sonra Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqı zəifləyəcək. Ərdoğanın səyi ilə bu ittifaq elə bir şəkil alıb ki, onun yerinə gələn bu siyasəti davam etdirməli olacaq, “Şuşa bəyannaməsinə” uyğun siyasət yürüdəcək. Digər tərəfdən Türkiyə ilə Azərbaycanın hərbi və müdafiə sistemləri xeyli inteqrasiya olunub. Türkiyədə növbəti Cumhurbaşqanı bu amili də nəzərə almaq məcburiyyətində qalacaq. Ona görə də Ərdoğan sonrası Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi barədə narahat olmağa dəyməz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.