BƏƏ Türkiyə 100 milyard dollar sərmayə qoyacaq...

24-11-2021, 15:20           
BƏƏ Türkiyə 100 milyard dollar sərmayə qoyacaq...
Bu gün Tayyib Ərdoğan Ankarada Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Mohammed bin Zayed bin Sultan Al Nahyanı qəbul edəcək.
Britaniya mətbuatı yazır ki, BƏƏ-nin Türkiyəyə 100 milyard dollar sərmayə qoyması ilə bağlı anlaşmaya imza atılacağı gözlənilir. Digər mənbələr isə söhbətin 10-15 milyard dollardan getdiyini bildirir.
Xatırladım ki, 2018-cı ildə Qətər Türkiyə iqtisadiyyatına 15 milyard dollar sərmayə qoydu. Düşünürəm ki, BƏƏ bu faktı nəzərə almaq zorundadır. Çünki Qətər ilə BƏƏ düşmən ölkələrdır. Ona görə də BƏƏ-nin Türkiyəyə Qətərdən daha az sərmayə qoyması onun nüfuzuna xələl gətirər. Bu isə BƏƏ üçün məqbul deyil.
İstənilən halda BƏƏ-nin Türkiyəyə qoyduğu sərmayə Qərbin rəsmi Ankaraya qarşı apardığı “iqtisadi müharibə”dən Tayyib Ərdoğanın daha asanlıqla qalib çıxmasını təmin edə bilər...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.