Türk iqtisadçı lirənin ucuzlaşmasında Mərkəzi Bankı İTTİHAM ETDİ

25-11-2021, 11:03           
Türk iqtisadçı lirənin ucuzlaşmasında Mərkəzi Bankı İTTİHAM ETDİ
Qonşu ölkə Türkiyədə iqtisadi çətinlik davam etməkdədir. Bir müddətdir Türkiyənin milli valyutası olan lirə dollar qarşısında sürətlə dəyər itirməyə davam edir. Dünən isə Türkiyə hökumətinin gördüyü tədbirlər nəticəsində bu enmələrin qarşısı bir qədər alınmağa başlayıb. Hazırda 1 dollar 11.96 Türk lirəsidir. Amma proeseslərin necə dəyişəcəyi hələ də məlum deyil.

Türkiyəli iqtisadçı Mert Yılmaz lirənin ucuzlaşma səbəbləri ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.

İqtisadçının sözlərinə görə, əslində bütün dünyada dollar güclənir:

“Amma Türkiyədəki vəziyyət bununla bağlı deyil. Bunun bir payı olsa da, ümumi olaraq burada əsas məsələ Mərkəzi Bankdır. Çünki bütün dünyada faiz artımı varkən, dünyanın bütün Mərkəzi Bankları faiz artırarkən, Türkiyə Mərkəzi Bankı faizi aşağı saldı.

Türkiyə Mərkəzi Bankı ötən aylarda faiz dəhlizini 19-dan 18-ə endirdi. Bu qərardan sonra Türk lirəsi sürətlə ucuzlaşmağa doğru gedir. İndiki vəziyyət də əvvəlcədən gözlənilirdi. Vəziyyət iyul ayında başlasa da, noyabrda özünü daha açıq göstərdi. Hazırda neqativ faiz özünü göstərir. Bu da investorları Türkiyədən qaçırır”.

Ekspert deyib ki, görülən inzibati tədbirlər nəticəsində dünəndən etibarən geriləmənin qarşısı alınır:

“Özəlliklə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya xəbəri çox önəmli idi. Türkiyə bu siyasətini davam etdirərsə, dolların düşməsi gözlənilə bilər. Hazırda yatırım edənlər “lirə aşağı düşsə də, gəlib alsaq” vəziyyətindədir. Bu da neqativ basqı yaradır. Bununla birlikdə Türkiyə faiz artımına getməlidir. Bu da 2022-ci ilin yanvar ayından sonraya planlaşdırılır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.