İlk sərnişin gəmisi 25 il sonra Liviyadan Türkiyəyə gəldi

6-12-2021, 07:10           
İlk sərnişin gəmisi 25 il sonra Liviyadan Türkiyəyə gəldi
Son 25 ildə Liviyadan Türkiyəyə ilk sərnişin gəmisi olan “Kevalay Queen” İzmir sahillərinə yanaşıb.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Karanfil Group, Kevalay Turizm və Liviyanın metallurgiya şirkəti LISCO-nun əməkdaşlığı sayəsində Türkiyə ilə Liviya arasında dəniz sərnişin daşımaları 25 ildən sonra bərpa edilib.


Kevalay Queen-in göyərtəsində 107 nəfər olub. İzmirin Alsancak limanında gəmini Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) yanında Türkiyə-Liviya İş Şurasının rəhbəri və Karanfil Qrupunun idarə heyətinin sədri Murtaza Karanfil də daxil olmaqla rəsmi şəxslər qarşılayıb.


Karanfil jurnalistlərə verdiyi müsahibədə Türkiyə ilə Liviya arasında dəniz sərnişin daşımalarının bərpasından məmnunluğunu ifadə edib.

Karanfil bildirib ki, iki il əvvəl Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyasının demarkasiyasına dair memorandum imzalandıqdan sonra 1996-cı ildə tələbatın az olması səbəbindən dayandırılan dəniz yolu ilə sərnişin daşımalarının bərpasına dair qərar qəbul edilib.

“Gəmi 3 günə İzmirə çatdı. Dünən İzmirdə fırtına olub. Bu səbəbdən bir gün gecikmə yaranıb. Normal şəraitdə gəliş müddəti 2 gündür.

Gələcəkdə başqa şəhərlərə də səfərlər təşkil etməyi planlaşdırırıq. Bu, turizmin inkişafına, Marmaris, Antalya, İstanbul, Bursa kimi bəzi şəhərlərdə də ticarətin inkişafına töhfə verəcək” deyə o, qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.