"Qazaxıstanın Ermənistanın sədrlik etdiyi təşkilatından kömək istəməsi..."

7-01-2022, 18:50           
 "Qazaxıstanın Ermənistanın sədrlik etdiyi təşkilatından kömək istəməsi..."
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu Qazaxıstanda baş verən hadisələrə münasibət bildirib.

TEREF.AZ qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq hökumət rəhbəri Qazaxıstanın Ermənistanın sədrlik etdiyi təşkilatdan kömək istəməsindən narahat olduğunu bildirib:

"Türk dünyasının mərkəzi dövləti olan dost və qardaş Qazaxıstanda son günlərdə baş verən hadisələrdən dərin təəssüf hissi keçirirəm. Bununla yanaşı, Qazaxıstanın Ermənistanın sədrlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmək məcburiyyətində qalması da narahatedicidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru