Nazarbayevin adı paytaxtdan da götürülür... - PROSES BAŞLAYIB!

8-01-2022, 12:42           
Nazarbayevin adı paytaxtdan da götürülür... -
Qazaxıstan hökuməti rəsmi məlumatlarda ölkə paytaxtını Nur-Sultan yox, əvvəllər olduğu kimi Astana adlandırır. DİA.AZ-ın məlumatına görə, Rusiyanın Dojd telekanalı xəbər verir ki, rəsmilər daha çox “Qazaxıstan paytaxtı” ifadəsindən istifadə edirlər.

Bununla belə paytaxtın adının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı rəsmi bəyanat olmayıb.

Orda.kz saytının verdiyi məlumata görə keçmiş prezident Nursultan Nazarbayev və onun ailə üzvləri ölkəni tərk ediblər.

Qazaxıstanın paytaxtı Astananın adı 2019-cu ildə dəyişdirilərək Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılmışdı.

Yeri gəlmişkən o vaxt bu təşəbbüsü indiki prezident Kasım-Jomart Tokayev irəli sürmüşdü.

Həmin vaxt bir çox şəhərlərdə adamlar paytaxtın adının dəyişdirilməsinə etiraz etmişdilər. Hakimiyyət və polis həmin etirazlara sərt şəkildə reaksiya vermişdi.

Nursultan Nazarbayev Qazaxıstana 1990-cı ildən 2019-cu ilin martınadək başçılıq edib.

O 2015-ci növbədənkənar seçkidə 5-ci dəfə prezident seçilmişdi və rəsmi məlumata görə ona 98 faiz səs verilmişdi.

Nazarbayev 2018-ci ildə Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri təyin olunmuşdu.

Bu, ona prezident postundan istefadan sonra da faktiki hakimiyyətini saxlamaq imkanı verirdi.

Qazaxıstanda Nazarbayevin şəxsiyyətinə pərəstiş təbliğ olunurdu. O özünə Elbası – “millət lideri” titulunu götürmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru