Qarsda Sarıqamış şəhidlərinin anım mərasimi keçirildi

10-01-2022, 08:07           
Qarsda Sarıqamış şəhidlərinin anım mərasimi keçirildi
Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda Sarıqamış şəhidlərinin xatirəsinə həsr olunan izdihamlı yürüş keçirilib.

TEREF.AZ-ın yazdığına görə, Bizim.Media xəbər verir ki, yürüşdən sonra Soğanlı və Allahu-Əkbər dağlarının arasında yerləşən Kızılçubuk zirvəsində keçirilən mərasimdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu və digər rəsmi şəxslər çıxış ediblər.

"Şühedanın izində" (Şəhidlərin izi ilə) şüarı ilə keçirilən mərasimdə yerli hərbi birliklərin komandanları, millət vəkilləri, bölgə ictimaiyyətinin təmsilçiləri, ölkənin müxtəlif bölgələrindən gələn ziyarətçilər iştirak ediblər.


Xatırladaq ki, Osmanlı Ordusu Birinci Dünya müharibəsində - 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı zamanı mürəkkəb hava şərtləri səbəbindən minlərlə itki verib.

Faciədən 107 il keçsə də, Sarıqamış şəhidlərinin xatirəsi Türkiyə xalqı tərəfindən dərin ehtiramla anılır.

Hər il Türkiyə xalqı əziz şəhidlərinin xatirəsini böyük acı ilə qeyd edir.


Yanvarın 8-də Qarsdakı Cıbıltəpə Xizək Mərkəzində Sarqamış şəhidlərinin xatirəsinə hazırlanan “Qarı yorğan edənlər” abidəsinin açılışı olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.