Qazaxstandan Azərbayacana gələn ifaçı ölkəsinə niyə gedə bilmir? - SƏBƏB

10-01-2022, 12:49           
Qazaxstandan Azərbayacana gələn ifaçı ölkəsinə niyə gedə bilmir? - SƏBƏB
Ötən gün Türkiyəli iş adamı Yılmaz Okuklunun dəvəti ilə Azərbaycana səfər edən dünyaca məşhur müğənni Töreğali Törealının Bakıda konserti baş tutub. İndi isə şəhərimizin qonaqları Qazaxstanda baş verən olaylar və uçuş reyslərinin olmaması səbəbindən ölkələrinə geri dönə bilmirlər. İfaçının atası, eyni zamanda prodüseri Toreali Tülepov Qazaxıstanın Azərbaycandakı Səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Teref.az moderator.az-a istinadən xəbər verir ki, səfirlikdə keçirilən toplantıda mövcud vəziyyətdən dərin sarsıntı keçirdiyini dilə gətirən qonaq Azərbaycanda yaxşı qarşılanıb isti münasibtlə əhatə olunduğunu bildirsə də, qəlbinin hər dəqiqə qazax xalqı ilə birgə döyündüyünü və ən qısa zamanda ölkəsinə geri qayıtmaq arzusunu dilə gətirib.

Qazaxıstanlı müğənni Töreğali Törealı isə açıqlamasında Qazaxıstan xalqının böyük xalq olduğunu və bu günlərin də geridə qalacağını vurğulayıb: “Qazaxtstan bu günləri sağlam düşüncə ilə geridə qoyacaq əzmə sahibdir. Qazaxıstanın normal axara qayıtması bütün Türk Dünyasını sevindirəcək. Çoxəsrlik qədim ənənələrə malik qardaş qazax xalqı ona xas olan müdriklik ilə bu çətinlikləri geridə qoyacaq və Türk Dünyasının, Türk Birlyinin sütunlarından biri olan Qazaxıstan hər zaman olduğu kimi mənəvi, mədəni zənginliyi ilə sülh və əminamanlıq şəraitində inkişaf edərək, daha böyük uğurlar qazanacaq. Tezliklə sabitliyin bərpasına dərindən inanırıq. Hadisələr nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.

Türkiyəli iş adamı Yılmaz Okuklu bildirib ki, daim dost və qardaş Qazaxıstanın yanındayıq: "İnsan tələfatından dolayı dərindən kədərlənir və Qazaxıstanın bu günləri geridə qoymasını, sabit və güclü olmasını arzulayırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.