Nazarbayevin oliqarx qızı maliyyə məsləhətçilərini məhkəməyə verdi

10-01-2022, 15:48           
Nazarbayevin oliqarx qızı maliyyə məsləhətçilərini məhkəməyə verdi
Qazaxıstanın keçmiş prezidentinin qızı 220 milyon funt-sterlinq dəyərində aktivlərini ölkədən çıxardıqdan sonra 18 milyon funt-sterlinq dəyərində şəxsi təyyarə və Londonda 8,75 milyon funt-sterlinq dəyərində malikanə alıb.

Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki, Aliya Nazarbayeva Britaniya vətəndaşlığını almaq üçün Londonun “Highgit” bölgəsindəki mülk sahibi olub. O, həmçinin "Bombardier Challenger" təyyarəsinə sahibdir.

41 yaşlı qadın iki maliyyə məsləhətçisindən aktivlərini Lixtenşteyndəki maliyyə institutlarına və Britaniya Virciniya adalarındakı ofşor şirkətlərə köçürməsini xahiş etdikdən sonra bu alış-veriş edib.

Dubayda 14 milyon dollarlıq əmlakın alınmasını da əhatə edən israfçılıq 2006-cı ildə baş verib, lakin bu yaxınlarda iki maliyyə məsləhətçisi arasında münasibətlərin gərginləşməsi səbəbindən sövdələr üzə çıxıb.

Xanım Nazarbayeva indi müşavirləri dələduzluq, vəsaitdən sui-istifadə, saxtakarlıq və s. cinayətlərdə ittiham edib.

Xatırladaq ki, Aliya 2019-cu ilə qədər 28 il Qazaxıstan prezidenti olmuş 81 yaşlı Nursultan Nazarbayevin kiçik qızıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.