Qazaxıstanda terrorçu kimi saxlanılan qırğız musiqiçi ölkəsinə qayıtdı

11-01-2022, 08:38           
Qazaxıstanda terrorçu kimi saxlanılan qırğız musiqiçi ölkəsinə qayıtdı
Qazaxıstanın Almatı şəhərindəki iğtişaşlara qatıldığı iddiası ilə saxlanılan məşhur qırğız musiqiçi Vikram Ruzaxunov ölkəsinə dönüb.

“Qafqazinfo” xəbər verir ki, Almatı şəhərindən Bişkekə quru yolu ilə qayıdan qırğız musiqiçi Vikram Ruzaxunovu Qırğız-Qazax Ağyol Gömrük Məntəqəsində ailəsi, rəsmi şəxslər və jurnalistlər qarşılayıb.

Ruzaxunov dövlət televiziyasına açıqlamasında dönməsinə kömək olan Milli Təhlükəsizlik Dövlət Komitəsinə, Daxili və Xarici İşlər nazirliklərinə. Eləcə də, ona dəstək verən hər kəsə təşəkkür edib.

“Yanlış zamanda yanlış yerdə olduğuma görə ogünkü şərtlərin qurbanıyam. Üzümdəki qaraltı və şişlər əsgərlər tərəfindən saxlanılanda olub”, - o bildirib.

Ruzaxunov qeyd edib ki, deportasiya edilməsi üçün əleyhinə olan ittihamları qəbul edib, əslində isə heç bir nümayişdə iştirak etməyib.

Qeyd edək ki, Ruzaxunov pul qarşılığında nümayişlərə qatılmaq üçün Qazaxıstana gəldiyi iddia edilərək, terrorçu kimi Almatıda saxlanılmışdı. Buna görə Qırğızıstan Qazaxıstana nota vermişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.