Qazaxıstandan tədarüklə bağlı narahatlıq dünya bazarında nefti bahalaşdırıb

11-01-2022, 11:58           
Qazaxıstandan tədarüklə bağlı narahatlıq dünya bazarında nefti bahalaşdırıb
Qazaxıstanda baş verən hadisələr səbəbindən tədarüklə bağlı narahatlıqların davam etməsi fonunda dünya bazarlarında neft bahalaşıb.

"Report" xəbər verir ki, “Brent” neftinin mart fyuçersləri 0,43% bahalaşaraq, 1 bareli 81,22 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,63% artaraq, 1 bareli 78,73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Qazaxıstanda ilk etiraz aksiyaları ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərində qeydə alınıb. Ölkənin əsas neft hasilatı da məhz qərbdə - Xəzər dənizindən həyata keçirilir. Xəzər boru xətti konsorsiumu Xəzər regionu neftini dünya bazarlarına çıxaran ən böyük marşrutdur. 1500 km uzunluğu olan bu magistral boru xətti Qərbi Qazaxıstanı Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir.

Bundan başqa, analitiklər hesab edir ki, investorlar Çində “Omikron” ştamının yayılması haqqında xəbərləri gözləyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.