"Bütün Qazaxıstan nişangah altındadır.." - Bağdad Amreyev

12-01-2022, 09:13           
"Bütün Qazaxıstan nişangah altındadır.." - Bağdad Amreyev
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev TDT xarici işlər nazirlərinin növbədənkənar iclasında çıxış edib.

Bu barədə yanvarın 11-də «Anadolu» agentliyi xəbər verib.

Öz çıxışının gedişində Bağdad Amreyev bəyan edib: «Qazaxıstan torpağı - bütün türklərin qədim vətənidir. Qazaxıstanda sabitlik və rifah bütün Türk dünyasının ayrılmaz hissəsidir… Bütün Qazaxıstan nişangah altındadır. Ölkənin suverenliyinə və müstəqilliyinə hücum olub. Prezident Qasım-Comərd Tokayev dağıdıcı fəaliyyətin qarşısının alınmasına və qırmızı xətti keçmiş şəxslərin saxlanmasına yönəlmiş məntiqi qərar qəbul edib».

O, həm də Türk Dövlətləri Təşkilatının bütün üzvlərini Qazaxıstan hakimiyyətini dəstəkləməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru