Səhv göndərilən mesaj həyatlarını alt-üst etdi - FOTO
12-01-2022, 09:57
Türkiyədə sosial şəbəkədə yanlış adama göndərilən cinsi məzmunlu mesaj ciddi problem yaradıb.
Hadisə Ərzurumun Palandöken rayonunda baş verib.
Nurten D. sosial şəbəkədə dostluq qrupundan cinsi məzmunlu foto mesaj alıb. O, fotonu şikayət etmək üçün qrup rəhbərinə atmaq əvəzinə səhvən qonşularına göndərib.
İddiaya görə, qonşuları mesajı görən kimi Nurten və Ümit D. cütlüyünün yaşadığı evə 15-20 nəfərlə basqın edərək onları döyüblər.
Ümit D. vəziyyəti polis qruplarına bildirdikdən sonra cütlük polis bölməsinə aparılıb. Polis bölməsində ifadələri alındıqdan sonra cütlük 4 uşağı ilə birlikdə Ərzurumda bir hotelə yerləşdirilib. Onlar həyati təhlükə səbəbindən evlərinə qayıda bilmir.